*4545

Rəngləndirmə Sistemi

Azərbaycanda ilk dəfə rəngləndirmə sistemi Sobsan Boyaları tərəfindən təqdim olunub. "Sobsan Rəngləndirmə Sistemi"  kompüter, rəng hazırlama makinası və qarışdırıcıdan ibarət  olub, su əsaslı daxili və fasad boyaların hazırlanmasında istifadə olunur. Sistemin özəlliyi təbiətdəki bütün rəngləri və tonları özündə  əks etdirə bilməsidir. Standart kataloq rənglərinin xaricində alıcılara günün trend rəngləri ilə yanaşı sərhədsiz rəng imkanı təklif edir. Bu sistem sayəsində hər bir satış nöqtəsi fabrik funksiyası daşıyır. İstənilən satış nöqtəsində sifariş edilən rəngi eyni keyfiyyətdə və sadəcə 5 dəqiqə ərzində  əldə etmək  mümkündür. "Sobsan Rəngləndirmə Sistemi" Azərbaycanın bütün regionlarındakı Sobsan mağazalarında mövcuddur. Rəngləndirmə sisteminin başlıca  xüsusiyyəti ondan ibarətdir ki, daha öncə hazırlanmış hər hansı bir rəng  təkrar sifariş olunduqda  birə-bir eyni tonu əldə etmək mümkündür.