Tətbiqi : Mat boya tətbiq olunacaq səthlər nəm, kir, toz və yağdan tamamilə təmizlənməlidir.  
a) Taxta səthlər : Səthlərdəki düyünlər yandırılmalı, köhnə boyalar qazınmalı, sumbata və təmizləmə prosesindən sonra Sobsan Sintetik Astar ilə tək qat astarlanmalıdır. 
b) Metal Səthlər : Səthlərdəki  kir, pas və yağlar təmizləndikdən sonra Sobsan Sintetik Astar ilə astarlanmalıdır.
c) Beton Səthlər : Səthlərdəki köhnə  boyalar qazınmalı, səthdəki qüsurlar  alçı və ya məcun ilə  düzəldilməli, sumbata və  təmizləmə prosesindən sonra Sobsan Sintetik Astar ilə tək qat astarlanmalıdır.
Astar tətbiq olunmuş səthə ən az 12 saat sonra Sobsan Mat Sintetik Boya tətbiq tələblərinə  bağlı olaraq 10-15% nisbətində Sobsan Sintetik Tiner (Sin-Tiner) ilə incəldilərək səthə fırça, rulo və ya boya tapançası ilə iki qat şəkildə tətbiq edilir. Qatlar arasında 6-8 saat gözlənilməlidir.