Məhsul haqqında : Sobsan Akrilik Sprey boya daxili və xarici işlər üçün peşəkar, akril sprey boyadır. 2-5 dəqiqəyə tez quruyur. Dərin rəngə və hamar səthə malikdir. Mexaniki və atmosfer təsirlərinə qarşı davamlıdır, rəngin solmasına qarşı yüksək davamlılıq göstərir. Kəskin qoxusu yoxdur. Örtük sahəsi qatın qalınlığından və rəngdən asılı olaraq 1.85-2.5 m²-dir.
İstifadə sahələri : Sprey boya metal, taxta, keramika, beton, şüşə, plastik, kağız və s. daxil olmaqla müxtəlif səthlərin rənglənməsi üçün uyğundur. Velosipedlər, radiatorlar, bağ hasarları, daş, taxta mebel, jalüzlər və s. üçün də uyğundur.
Tətbiqi : Aerozol izlərinin yayılmasının qarşısını almaq üçün boyanmayan səthləri qorumaq tövsiyə olunur. Ən yaxşı nəticə üçün boyanı +10°C-dən aşağı olmayan temperaturda tətbiq edin. Boyanacaq səthlər əvvəlcədən təmizlənməli, qurudulmalı, yağdan təmizlənməli və lazım olduqda "Akril Astar" ilə astarlanmalıdır. İstifadədən əvvəl balonu 2–3 dəqiqə güclü şəkildə çalxalayın. Boyanı 25–30 sm məsafədən bir neçə bərabər təbəqə ilə tətbiq edin. Qatlar arasında təxminən 10 dəqiqə fasilə verin. Üstü toxunulmaz səviyyədə quruma müddəti 5-7 dəqiqə. Tam quruma müddəti 15–20 dəqiqə. +20°C temperaturda tam quruma müddəti - 2 saatdır.
Təhlükəsizlik şərtləri : İstifadədən sonra spreyi tərs çevirin və yalnız qaz çıxana qədər sıxın bu, püskürmə başlığının tutulmasının qarşısını alır.
Ehtiyat tədbirləri: Balon təzyiq altındadır. Günəş şüalarından qoruyun və +50°C-dən yüksək temperaturda saxlamayın. Saxlama temperaturu: +5°C – +25°C.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !