Məhsul haqqında : Polyester qətran əsaslı, iki komponentli qranit, mərmər və təbii daş yapışdırıcısıdır.
Xüsusiyyətləri : Asan tətbiq olunur. Səthə yapışma müqaviməti yüksəkdir. Tez quruyur. UV-yə, turşu və qələvi həlledicilərə qarşı dözümlüdür. Sərtləşmiş yapışdırıcı -20°C ilə +100°C-yə dözümlüdür. Tətbiq olunduqdan 2 saat sonra yapışdırılacaq səthlər istifadəyə hazır olur. Sərtləşmə əsnasında rəng dəyişimi, çatlama və kiçilmə olmaz. Şaquli şəkildə tətbiq etmək üçün uyğundur.
İstifadə sahələri : Daxili və xarici məkanlarda şaquli və üfüqi tətbiq zamanı mərmər, travertin kimi təbii daşların yapışdırılmasında, fayans, beton, qranit, taxta, şüşə mozaikaların yapışdırılmasında güvənli şəkildə istifadə olunur.
Tətbiqi : Tətbiq olunacaq səthlər qəlib yağı, toz, boya, kir, yuyucu toz və digər yapışmağı əngəlləyən maddələrdən tamamilə təmizlənməlidir. Sobsan Sobqranit Mərmər yapışdırıcıdan 100 qram və sərtləşdiricidən 2-3 qram alıb homogen bir qarışıq əldə edilənə qədər yaxşıca qarışdırılmalıdır. Hər ikisi 2 dəqiqə içərisində bir araya gətirilməlidir. Yapışdırma işi dik səthdə olduqda sərtləşmə zamanı bitənə qədər səth sabitlənməli və ya dəstəklənməlidir.
Saxlama müddəti : Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 1 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.
Təhlükəsizlik şərtləri : +5ºC ilə +40ºC arasında istifadə olunmalıdır.İstifadə zamanı yapışdırıcının dəriyə və gözə toxunmamasına diqqət etmək lazımdır. Gözə düşdükdə bol su ilə yuduqdan sonra dərhal həkimə müraciət olunmalıdır. Tətbiq sahəsinin havalandırılması təmin edilməlidir. Sərtləşdiricinin az və ya çox istifadə olunması istifadə müddətinə təsir edəcəyindən diqqət etmək lazımdır. Hazırlanan Sobqranit Mərmər yapışdırıcı qarışığının içərisinə heç bir yad material əlavə edilməməlidir.+10°C-nin altında və çox nəmli şəraitdə istifadədən qaçmaq lazımdır.İstifadə olunan alətlər Sobsan Selülozik Tiner ilə təmizlənməlidir.İstifadə zamanı uyğun qoruyucu geyim, əlcək, maska və eynəkdən istifadə olunmalıdır. Məhsul birbaşa günəş şüalarına məruz qalmamalıdır.Qapağı açılmış məhsul öz qabında qapağı möhkəm bağlanaraq mühafizə edilməlidir.
Sağlamlıq və Təhlükəsizlik haqqında daha çox məlumat əldə etmək üçün Təhlükəsizlik tədbirləri kitabçasına nəzər salın.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !